BAKI, TurkicWorld
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 29 iyul tarixində rəsmi səfərlə Türkiyəyə gedəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat verir.
"Ankaraya səfər çərçivəsində prezidentlər Qazaxıstan və Türkiyə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş danışıqlar aparacaqlar", – deyə açıqlamada bildirilib.
Səfər zamanı həmçinin Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək.
2025-ci ilin birinci rübünə olan məlumata görə, Türkiyə Qazaxıstanın ixracının təxminən 5,1 faizini, idxalının isə 2,7 faizini təşkil edir. Ölkənin ümumi ticarət dövriyyəsi 29,3 milyard dollar təşkil edir (ixrac – 16,4 milyard dollar, idxal – 12,9 milyard dollar). Qazaxıstan və Türkiyə strateji əməkdaşlıq çərçivəsində 2025-ci ilin sonunadək qarşılıqlı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmağı hədəfləyir.