2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 13.2 milyon manat xalis zərər ediblər.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə BOKT-lar 76.6 milyon manat xalis mənfəət əldə etmişdilər.
Qeyd edək ki, bu dövrdə BOKT-ların əməliyyat mənfəəti 28.2% azalaraq 68.7 milyon manat təşkil edib. Hesabat dövründə sözügedən kredit təşkilatlarının xalis faiz gəliri 82 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 2.5 dəfə azdır.
Qeyd edək ki, hesabat tarixinə BOKT-ların aktivləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12.8% artaraq 963.4 milyon manat, öhdəlikləri isə 6.8% artaraq 512.5 milyon manat təşkil edib.
2025-ci iyul ayının 1-nə BOKT-ların cəmi kapitalı 450.8 milyon manat olub ki, bu da illik müqayisədə 2.5% azdır.