AZ

Almaniya hərbi çağırış sistemində islahat aparır

Almaniya Avropanın ən güclü ordusunu könüllülər hesabına yaratmaq istəyir...

Poliqon xəbər verir ki, Almaniya hökuməti 2031-ci ilə qədər hər il ehtiyatçıların sayını 40 min nəfərə qədər artırmaqla Avropanın “ən güclü ordusunu” yaratmaq niyyətindədir. Bu barədə Financial Times məlumat yayıb.

Nəşrin məlumatına görə, avqust ayının sonunda Alman hökumətinə müvafiq qanun layihəsi təqdim olunacaq. Layihəyə əsasən, hərbi hazırlıq keçməyə könüllü olanlara 2 min avro ödəniləcək və hazırlığı başa vurduqdan sonra həmin şəxslər avtomatik olaraq ehtiyatçılar siyahısına daxil ediləcəklər. Gələcək ehtiyatçılar hazırlıq zamanı dil kurslarında iştirak edə və sürücülük vəsiqəsi ala biləcəklər. Proqramın ilkin müddəti altı ay təşkil edəcək, lakin iştirakçının istəyinə əsasən bu müddət uzadıla bilər.

Almaniya Bundesveri 2025-ci ildə artıq 15 min ehtiyatçı cəlb etməyi planlaşdırır və illik olaraq bu rəqəmi 3-5 min nəfər artırmaq niyyətindədir. Financial Times-ın məlumatına görə, Alman rəsmiləri hazırlıqdan sonra bir çox gəncin peşəkar hərbçi olmaq istəyəcəyinə ümid edirlər. Hazırda Almaniyada təxminən 182 min peşəkar hərbçi var və Berlin onların sayını gələcəkdə 260 minə çatdırmağı hədəfləyir.

Qeyd olunur ki, Fransa prezidenti Emmanuel Makron ehtiyatçıların sayını 40 mindən 100 min nəfərə qədər artırmaq niyyətindədir. Almaniya kansleri Fridrix Merts isə ölkəsinin Avropanın müdafiəsində aparıcı rol oynamasını istəyir.

Poliqon.info

Seçilən
24
50
poliqon.info

10Mənbələr