Bakı. Trend:
Hindistanın qərbində - Racastan ştatında yerləşən məktəbin damörtüyünün çökməsi nəticəsində azı dörd azyaşlı həlak olub, 17 nəfəryaralanıb.
Trend xəbər verirki, bu barədə “Al-Jazeera” telekanalı yerli KİV-ə istinadən məlumatyayıb.
İnsident Barmer rayonunda yerləşən dövlət məktəbində səhəribadətindən qısa müddət sonra baş verib.
Yerli rəsmilərin bildirdiyinə görə, binanın tavanı çökən zamansinifdə 25-30-a yaxın şagird olub.