Türkiyənin A Milli Qadın Voleybol komandası FIVB Qadınlar Millətlər Liqası (VNL) Final mərhələsinin 1/4 finalında Yaponiya ilə qarşılaşıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bu mühüm qarşılaşmada 25 yaşlı ulduz voleybolçu Ebrar Karakurt yeni saç stili ilə diqqət çəkib. Adətən dağınıq saçları ilə tanınan Karakurt bu dəfə "Double Buns" (iki topuz) adlanan saç düzümünü seçib. Onun bu yeni görünüşü sosial mediada geniş müzakirələrə səbəb olub.
Ebrarın yeni saç stili azarkeşlərin də böyük bəyənisini qazanıb. Sosial media istifadəçiləri ulduz voleybolçunun bu tərzini çox bəyəndiklərini və bu dəyişikliyi davam etdirməsini istədiklərini bildiriblər.