AZ

Bakalavriat səviyyəsindəyeni ixtisaslarmüəyyən olunub

BAKI, 25 iyul. TELEQRAF

Ali məktəblərdə ixtisasların yeni təsnifatı təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli məlumat verib.

Onun sözlərinə görə, magistratura səviyyəsində ixtisaslar tamamilə yenilənib: "Yeni tədris ili üçün əmək bazarının tələblərinə uyğun şəkildə, işəgötürənlərlə birgə yeni ixtisas proqramları hazırlanıb və bu proses hazırda da davam edir. Beləliklə, artıq yenilənmiş təsnifata uyğun ixtisasları görməkdəyik".

Nicat Məmmədli bildirib ki, bakalavriat səviyyəsində də bir neçə yeni ixtisas müəyyən olunub.

“Dünya və ölkəmiz inkişaf etdikcə, iqtisadiyyat genişləndikcə, əmək bazarının tələbləri də dəyişir. Bu da öz növbəsində yeni ixtisasların ali təhsil müəssisələrinə daxil edilməsini zəruri edir” - nazirin müşaviri əlavə edib.

Seçilən
66
teleqraf.com

1Mənbələr