AZ

Ruslar ötən gecə PUA vurmaqdan "yorulub"

Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri ölkə ərazisi üzərində Ukraynaya məxsus 105 təyyarə tipli PUA-nı ələ keçirib və məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb.

Belə ki, Belqorod vilayəti üzərində səmada 26 PUA, Bryansk vilayəti üzərində 25 pilotsuz uçuş aparatı məhv edilib. Rostov vilayəti üzərində daha 23 pilotsuz təyyarə vurulub.

Bundan başqa, Azov dənizi üzərində 9, Krasnodarda 8, Stavropolda 5 pilotsuz uçuş aparatı məhv edilib.

Kursk və Tambov vilayətləri üzərində üç pilotsuz təyyarə vurulub, iki pilotsuz təyyarə Voronej vilayəti, biri isə Oryol vilayətində məhv edilib.

Seçilən
60
publika.az

1Mənbələr