"Aston Villa" fransalı yarımmüdafiəçi Bubakar Kamara ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə 2030-cu ilə qədər yeni razılaşma əldə olunub.
Kamara 2022-ci ildə Fransanın "Marsel" klubundan Birmingem təmsilçisinə transfer olunub. O, bu müddət ərzində "Aston Villa"nın heyətində 97 oyuna çıxaraq, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Bubakar Kamara indiyədək Fransa millisinin heyətində 5 oyun keçirib.
İtaliya millisinin üzvü daha 5 il “Yuventus”da
Bundesliqa klubu Dias üçün 75 milyon avro təklif edib
"Arsenal" ilin transferini tamamlayır: Qyökereş Londona gedir
"Brayton"dan "Milan"a
Reşford: "Arzum “Barselona” ilə Çempionlar Liqasını qazanmaqdır"