Bakı. Trend:
Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru olanICGB öz rəqəmsal transformasiya strategiyası çərçivəsində uğurluşəkildə “Damas MMS:G” kommersiya dispetçer sisteminin tətbiqinihəyata keçirib.
Trend bu barədəICGB-yə istinadən xəbər verir.
Yeni platformanın tətbiqi şirkətin bütün kommersiya və əməliyyatproseslərinin avtomatlaşdırılması istiqamətində mühüm addım olub vətranssərhəd qaz axınlarının effektiv, etibarlı və şəffaf şəkildəidarə olunması potensialını artırmış olub.
“Damas MMS:G” sistemi ICGB kommersiya əməliyyatlarının rəqəmsalnüvəsinə çevrilməklə qaz nəqli xidmətlərinin kompleks idarəolunmasını, o cümlədən, aşağıdakıları təmin etmiş olub:
- PRISMA və RBP hərrac platformaları vasitəsilə sistemlərarasıbirləşmə nöqtələrində nəqliyyat güclərinin təklif olunması;
- güclərin bronlaşdırılması və müştərilərin paylanmasının idarəedilməsi;
- nominasiya proseslərinin və qonşu nəqliyyat sistemlərininoperatorları ilə razılaşdırmanın tam administrasiyası;
- gündəlik balansın təmin edilməsi, balanssızlıqlarınhesablanması və tənzimləyici və bazar hesabatlarınınhazırlanması;
- ixtisaslaşdırılmış modul vasitəsilə müştərilərə aylıqhesab-fakturaların təqdim edilməsi.
Bundan əlavə, platforma “Balkan Gas Hub” ilə tam inteqrasiyaolunub, bu da bazar iştirakçıları üçün qaz ticarətini daha əlçatanvə rahat edir.
“Damas MMS:G” sisteminin tətbiqi ICGB-nin yüksək əməliyyatstandartlarına, tənzimləyici uyğunluğa və Avropa İttifaqının enerjisiyasətinin məqsədlərinə uyğun olaraq bazara inteqrasiya öhdəliyinibir daha təsdiqləyib.
Sistem Unicorn Universe Digital-Twin Construction Kit (uuDck)alətindən istifadə olunmaqla, Unicorn Mobile-First IoT-ready CloudAI-Boosted arxitekturası əsasında hazırlanıb.
Qeyd edək ki, Yunanıstan–Bolqarıstan qaz interkonnektoru 2011-ciildə Bolqarıstanda qeydiyyatdan keçmiş ICGB AD birgə müəssisəsitərəfindən idarə olunur. Şirkətin səhmdarları BEH EAD (50%) və IGIPoseidon (50%) şirkətləridir. IGI Poseidon Yunanıstandaqeydiyyatdan keçib və onun səhmləri Yunanıstanın DEPA InternationalProjects (50%) və İtaliyanın Edison S.p.A enerji qrupu (50%)tərəfindən bərabər bölüşdürülüb.
Nizamnaməsinə əsasən, ICGB AD IGB qaz kəmərinin sahibidir,layihənin icrasını maliyyələşdirir, ötürücülük qabiliyyətlərinipaylaşdırır və təbii qazın nəqlindən gəlir əldə edir.