İran və “Avropa üçlüyü” - Böyük Britaniya, Fransa və Almaniya nüvə proqramını müzakirə etmək üçün İstanbulda görüş keçirir.
APA “Anadolu”ya istinadən xəbər verir ki, danışıqlarda İranı xarici işlər nazirinin müavinləri Məcid Taxt-Rəvançi və Kazem Qəribabadi təmsil edirlər.
Tehran 2015-ci ildə imzalanmış sazişin Avropa tərəflərinin tələbi ilə danışıqların yeni raunduna razılıq verib.