AZ

Aİ Rusiyaya qarşı hər üç ayda yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Brüssel münaqişə bitdikdən sonra da məhdudiyyətlərin tezliklə ləğvini planlaşdırmır...

Poliqon xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları hər üç aydan bir yeniləməyi planlaşdırır. Bu sxemə Moskva ilə Kiyev arasında münaqişə tam tənzimlənənə qədər əməl ediləcəyi bildirilir. Lakin Brüssel münaqişə başa çatdıqdan sonra da sanksiyaların tez bir zamanda ləğv olunmasına ehtimal vermir.

Yeni sanksiya paketinin oktyabr ayında qəbul ediləcəyi gözlənilir. Bununla belə, ekspertlər hesab edirlər ki, bu tempdə sanksiya paketlərinin hazırlanması Aİ üçün çətin olacaq. Çünki ittifaq daxilində mövcud olan fikir ayrılıqları bu prosesi ləngidə bilər.

Eyni zamanda, Avropa İttifaqı üçün prosesi çətinləşdirən digər əsas amil ondan ibarətdir ki, Rusiyanın əksər strateji sahələri artıq sanksiyalara məruz qalıb.

Poliqon.info

Seçilən
81
poliqon.info

1Mənbələr