Özbəkistanda 3,6 bal gücündə zəlzələ baş verib.
AzPost bildirir ki, episentr Qırğızıstanda olub. Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.
“Zəlzələ iyulun 25-də yerli vaxtla saat 02:40-da qeydə alınıb. Zəlzələnin episentri Cəlal-Abadda (Qırğızıstan) yerləşib. Maqnitudası M=3,6. Dərinliyi 15 km. Episentrdə yeraltı təkanların gücü 3 bal olub”, – məlumatda deyilir. Qeyd olunur ki, zəlzələnin episentrindən Daşkəndə qədər olan məsafə cənub-şərq istiqamətində 284 km olub.
Mərkəzin məlumatına görə, Özbəkistanın Paxtaabad, İzbaskan, Əndican və Cəlalkuduk rayonlarında yeraltı təkanların gücü 2-3 bal olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.