Hurriyyet.az xəbər verir ki, ABŞ-nin dövlət katibi Marko Rubio Fransa Prezidenti Emmanuel Makronun Fəlsətini tanımaq planını pisləyib.
Rubio deyib: "Birləşmiş Ştatlar Emmanuel Makronun Fələstin dövlətini tanımaq planını qətiyyətlə rədd edir. Bu düşüncəsiz qərar yalnız HƏMAS təbliğatını gücləndirir və sülhün bərqərar olmasına əngəl yaradır. Bu, 7 oktyabr qurbanlarına zərbədir".
Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək sessiyasında Fransanın Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.
Hürr Tərcüman