AZ

Xal-Xal sahəsində çöl geoloji kəşfiyyat işlərinə başlanılıb - Prezidentin səlahiyyətli nümayəndəsi

Bakı.Trend:

Filiz faydalı qazıntı yataqlarının axtarış-təftişi vəehtiyatlarının qiymətləndirilməsi layihəsinə müvafiq olaraqAğdərə-Nəsirvaz filizləşmə sahəsində layihə üzrə nəzərdə tutulmuşbütün işlər icra olunub, Babək rayonu Xal-Xal sahəsində cari ildəçöl geoloji kəşfiyyat işlərinə başlanılıb.

Trend xəbərverir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında AzərbaycanRespublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad NəcəfliNaxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-MədənçilikForumunda deyib.

Fuad Nəcəfli qeyd edib ki, muxtar respublika ərazisində ekzogengeoloji proseslərin monitorinqinin təşkili və aparılması işləridavam etdirilib, EGP-nin fəal inkişaf etdiyi sahələrdəyoxlama-təftiş marşrutları, topogeodeziya işləri kompleks şəkildəyerinə yetirilib.

"Həmçinin “Parağaçay”, “Qapıcıq” molibden və “Gümüşlü” polimetalyataqlarında beynəlxalq standartlara uyğun geoloji qiymətləndirməişlərinin həyata keçirilməsi də “Dövlət Proqramı”nın əsasistiqamətlərindən biridir.

Beynəlxalq qiymətləndiricilərin dəvət olunmasında əsas məqsədfiliz yataqlarının geoloji potensialının obyektiv və beynəlxalqqəbul olunmuş metodologiyalara əsaslanaraq qiymətləndirilməsi,yüksək dəqiqlikli geoloji məlumat bazasının formalaşdırılması vəinvestisiya üçün açılmasıdır.

Eyni zamanda muxtar respublika ərazisində ilk dəfə olaraq2023-cü il 07 iyul tarixdən etibarən 11 qeyri-filiz faydalı qazıntıyatağı üzrə 65 hektar sahə auksiona çıxarılıb, təqribən 1 milyonmanata yaxın vəsait büdcəyə daxil olub", - o bildirib.

Seçilən
79
11
az.trend.az

10Mənbələr