“Vulverhempton” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Fluminense”dən Con Ariası transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı cinah oyunçusu ilə 4+1 illik müqavilə imzalanıb.
“Vulverhempton” Arias üçün 17 milyon avro ödəyib.