AZ

"Sumqayıt"ın yoxlama oyunlarındakı rəqibləri məlum oldu

BAKI, 25 iyul. TELEQRAF

Növbəti mövsümə hazırlıqlarını Qəbələdə davam etdirən "Sumqayıt"ın yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" iyulun 27-də və avqustun 7-də "Qəbələ", iyulun 31-də "Kəpəz", avqustun 3-də isə "Şamaxı" ilə qarşılaşacaqlar.

Oyunların başlama saatı hələlik məlum deyil.

Seçilən
45
teleqraf.com

1Mənbələr