AZ

İran fikrindən daşındı - MAQATE ilə əlaqə bərpa ediləcək

İran nüvə proqramı ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı bərpa etmək qərarına gəlib və beynəlxalq müfəttişlərdən ibarət müvafiq nümayəndə heyəti yaxın həftələrdə ölkəyə səfər edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

 

İran rəsmisinin sözlərinə görə, Tehran yaxın bir neçə həftə ərzində MAQATE-nin nümayəndə heyətini qəbul edəcək. Bu, İranın beynəlxalq müfəttişlərə ölkədə nüvə fəaliyyətlərinin monitorinqini bərpa etməyə icazə verə biləcəyinə dair ilk siqnaldır.

 

Bu qərar İran və Avropa ölkələri arasında cümə gününə planlaşdırılan danışıqlar fonunda qəbul edilib.


Bu danışıqlar zamanı tərəflər iyun ayında İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hərbi zərbələrindən sonra İran və ABŞ arasında danışıqların bərpası perspektivlərini araşdıracaqlar.


Firuzə Əliyeva
Sfera.az

Seçilən
71
sfera.az

1Mənbələr