AZ

Horner 66 milyon kompensasiya alacaq?

“Daily Mail”in yaydığı xəbərə görə, “Red Bull”un sabiq rəhbəri Kristian Horner Avstriya komandasından 66 milyon funt kompensasiya ala bilər.

Adı çəkilən qaynaq iddia edir ki, onun müqavilə müddətinin tamamlanmasına 5,5 il qalırdı, ildə 12 milyon funt aldığını nəzərə alsaq, kompensasiya məbləğp 66 milyon edir.

Xatırladaq ki, “Red Bull” iyulun 9-da 51 yaşlı britaniyalı mütəxəssisin komandanın rəhbəri postundan uzaqlaşdırıldığını açıqlayıb. Onun yerini isə Loran Mekis tutub. Honer 2005-ci ildən “Red Bull”a rəhbərlik edirdi. “Öküzlər” bu müddətdə 6 dəfə Mühəndislər kubokunu qazanmışdı, bu komandanın pilotları 8 dəfə dünya çempionu olmuşdu.

Seçilən
88
1
football-plus.az

2Mənbələr