Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) bağlı Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyi (DSCA), Xarici İşlər Nazirliyinin Ukraynaya 330 milyon dollar dəyərində hərbi avadanlıq və xidmət satışını təsdiqlədiyini bildirib.
Bizimyol.info xəbər verir ki, açıqlamaya görə, 180 milyon dollar dəyərindəki satış Ukraynanın artıq sahib olduğu ABŞ istehsalı hava müdafiə sistemlərinin baxımı və yenilənməsi, habelə bu sistemlərin istifadəsi üzrə personalın təlimini əhatə edəcək. 150 milyon dollar dəyərindəki satış isə ABŞ istehsalı "M109" haubitsalarının baxım, təmir və modernizasiyasını təmin edəcək.
Satışın Ukraynanın mövcud və gələcək təhdidlərə qarşı müdafiə qabiliyyətini artıracağı vurğulanıb və bu barədə Konqresə məlumat verildiyi qeyd olunub.
Konqresə göndərilən silah satış təsdiqlərinə 15 günlük etiraz müddəti verilir. Bu müddət ərzində Konqresdən heç bir etiraz gəlməsə, silah satışı həyata keçiriləcək.
Qeyd edək ki, dünən ABŞ Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Ukraynanın hava müdafiə qabiliyyətini gücləndirmək və zirehli döyüş avadanlıqları təmin etmək məqsədilə Kiyev hakimiyyətinə 322 milyon dollar dəyərində silah satışına icazə verilib.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.