Gündəlik həyatda yaşanan stress və mənfi düşüncələr həm psixi, həm də fiziki sağlamlığa ciddi təsir edir.
Pravda.az bildirir ki, sinir sisteminə təhlükə siqnalı göndərən bu düşüncələr yuxu pozğunluğu, həzm problemləri və immunitet zəifliyi kimi nəticələr doğura bilər.
Zehni arındırmaq üçün hər gün tətbiq edilə bilən 5 sadə addımı tövsiyə edirik:
Özünüzü müşahidə edin – Gündə cəmi 15 dəqiqə ayıraraq gündəlik tutmaq və hisslərinizi qeyd etmək, daxili dünyanıza baxış imkanı verir.
Əlaqə qurun – Özünüzlə sağlam münasibət qurmaq, ailə və dostlarla da daha keyfiyyətli ünsiyyətə yol açır. Sosial əlaqələr ruh halını gücləndirir.
Şükür edin – Hər gün minnətdar olduğunuz 1-2 şeyi yazmaq və ya yaxınlarınıza təşəkkür etmək, mənfi fikirləri aradan qaldırmağa kömək edir.
Maneələri tanıyın – Özünüzü xoşbəxt hiss etməyə mane olan daxili baryerləri müəyyənləşdirmək, onları aşmaq üçün ilk addımdır.
Olumlamalardan istifadə edin – “Mən kifayət qədər yaxşıyam”, “Enerjiliyəm və məhsuldaram” kimi cümlələri təkrarlamaq, beyin fəaliyyətini və emosional vəziyyəti müsbət istiqamətdə dəyişə bilər.
Mütəxəssislər qeyd edir ki, bu metodlar gündəlik həyatın bir parçasına çevrilərsə, insan həm ruhi, həm də bədən sağlamlığını daha uzunmüddətli və dayanıqlı şəkildə qoruya bilər.
Əminə Bayramova