AZ

Səmada olan qəribə cisim NARAHATLIQ YARATDI

Türkiyədə Bilecikin Gümüşdere kəndində gecə saat 01:00 radələrində göydə qeydə alınan naməlum işıq hərəkatı yerli sakinlər arasında maraq və narahatlıq doğurdu. 

Neews24.az xəbər verir ki, çiftçi Mesut Kök tarladan evinə dönərkən səmanın müəyyən hissəsində parlaq, qrup halında hərəkət edən işıqları gördüyünü və bu görüntüləri telefonla çəkdiyini bildirib.

“Əvvəlcə ulduz sandım, amma onlar nizami şəkildə hərəkət edirdi. İlk dəfə belə bir şey görürəm, bir az da qorxdum,” – deyə Kök bildirib.

Hadisədən sonra bölgə sakinləri bu işıqların peyk keçidi, meteor yağmuru və ya başqa bir təbii hadisə ola biləcəyini müzakirə ediblər. Rəsmi açıqlama isə hələlik verilməyib.

Xeyrənsə Piriyeva

Seçilən
96
1
news24.az

2Mənbələr