AZ

“ULAQ Global” beynəlxalq bazarda yüksək texnologiyalı həlləri ilə fərqlənməyi hədəfləyir

Türkiyənin ilk silahlı insansız dəniz aparatı (SİDA) markası olaraq müdafiə sənayesində cığır açan ULAQ, tamamilə yeni bir mərhələyə qədəm qoyur.

“Poliqon” xəbər verir ki, “ARES Tersanesi” və “Meteksan Savunma” şirkətlərinin ortaq visionu və mühəndislik gücü ilə ortya çıxan ULAQ, inkişafını bir addım irəli apararaq artıq “ULAQ Global” adı altında fəaliyyətini müstəqil bir şirkət kimi davam etdirir.

Bu yeni strukturlaşma, ULAQ-ın malik olduğu yenilikçi visionun, texnoloji dərinliyin və əməliyyat qabiliyyətlərinin daha da irəli aparılmasını hədəfləyir. “ULAQ Global” şirkəti dənizlərdə strateji üstünlüyünü və avtonom sistemlər sahəsində liderliyini artıq qlobal miqyasda və öz markası altında davam etdirəcək. Yeni korporativ kimliyi ilə “ULAQ Global”, həm yerli, həm də beynəlxalq bazarlarda yüksək texnologiyaya əsaslanan həlləri ilə fərqlənməyi, dost və müttəfiq ölkələrin təhlükəsizlik ehtiyaclarına yüksək əlavə dəyərli sistemlər təqdim etməyi qarşısına məqsəd qoyur.

Türkiyənin müdafiə sənayesindəki visionunu gələcəyə daşıyan bu addım, təkcə bir şirkət quruluşu deyil, eyni zamanda yerli mühəndislik gücünün, strateji düşüncənin və milli texnologiyanın qlobal səhnəyə çıxışının güclü bir simvoludur.

Seçilən
81
poliqon.az

1Mənbələr