"Məncə, hələlik üçüncü bir ölkənin vasitəçiliyinə ehtiyac yoxdur," - deyə o vurğulayıb.
İyulun 24-ü səhər saatlarında Odar-Miençey vilayətində yerləşən mübahisəli sərhəd zonasında Taylandla Kamboca arasında silahlı toqquşmalar baş verib. Tayland Silahlı Qüvvələrinin məlumatına görə, qarşı tərəfin mövqelərinə zərbələr endirmək üçün qırıcı təyyarələrdən istifadə olunub. Kamboca Müdafiə Nazirliyi isə bəyan edib ki, ölkə ordusu yalnız özünümüdafiə məqsədilə hərəkət edir və Tayland qoşunlarının hücumuna cavab verir.
Hadisə nəticəsində azı 14 mülki şəxs və 1 hərbçi həlak olub, 46 nəfər yaralanıb. Rusiya Federasiyasının Taylanddakı səfirliyi rusiyalı turistlərə Kamboca ilə sərhədyanı bölgələrə səfərdən çəkinməyi tövsiyə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31