AZ

Rus hamamının ölkənin mədəni irsi kimi tanınması təklif edilib

Dövlət Dumasının deputatı Vitali Milonov rus hamamı və buxarlanma ənənələrinin milli qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə çağırıb.

Qaziler.az bildirir ki, bu barədə RT yazır.

Rusiyanın millət vəkili bu təkliflə mədəniyyət naziri Olqa Lyubimovaya müraciət edib.

“Rus hamamı bütün dünyada tanınır: o, Kalaşnikov avtomatı, matryoşka kuklası və ya rus baleti kimi mədəniyyət baxımından Rusiya ilə sinonimdir”, - Milonov vurğulayıb.

Buna baxmayaraq, deputatın sözlərinə görə, Rusiyanın özündə hamam ənənələrinə o qədər də diqqət yetirilmir. Deputat həmçinin rus sauna ənənələrinin də YUNESKO-nun siyahısına salınmasını təklif edib.

QAZİLER.AZ

Seçilən
12
qaziler.az

1Mənbələr