“Turan Tovuz”un yoxlama görüşü baş tutmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, Tovuz təmsilçisinin İranın “Traktor” klubu ilə keçirilməli olan hazırlıq matçı ləğv edilib. Bu barədə “Turan Tovuz”un sosial şəbəkə hesabından paylaşım edilib.
Paylaşımda “Bizdən asılı olmayan səbəblərdən “Traktor”la keçirilməli olan görüş baş tutmayacaq” deyə, bildirilib.
Matç iyulun 29-da oynanmalı idi.