AZ

“Turan Tovuz”un “Traktor”la oyunu ləğv olundu

“Turan Tovuz”un hazırlıq planında dəyişiklik olub.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisinin “Traktor”la yoxlama matçı ləğv edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 iyul tarixində “Traktor”la keçirilməsi nəzərdə tutulan yoxlama oyunu komandaların hazırlıq planındakı dəyişiklik səbəbindən baş tutmayacaq.

“Turan Tovuz” bundan öncə Türkiyə toplanışında “Çorum”la heç-heçə edib – 1:1.

Seçilən
93
10
futbolpress.az

10Mənbələr