Avropa İttifaqı (Aİ) Komissiyası ABŞ-la tariflərlə bağlı intensiv müzakirələr apardıqlarını və razılaşmanın əldə oluna biləcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Aİ Komissiyasının sözçüsü Olaf Qill, Brüsseldə keçirilən gündəlik mətbuat konfransında bildirib.
"AB və ABŞ texniki və siyasi səviyyədə intensiv danışıqlara davam edir",- deyə Qill qeyd edib.
Qill, "ABŞ ilə danışıqlar yolu ilə nəticə əldə etməyi hədəfləyirik. Belə bir nəticənin əldə edilə biləcəyinə inanırıq" deyib.
Bu arada, Aİ-yə üzv ölkələr bu gün ABŞ-la ticarət razılaşması olmadığı təqdirdə hədəfə alınacaq 93 milyard avro dəyərində ABŞ mallarını hədəfləyən tədbirlərə səs veriblər.