BAKI, 25 iyul. TELEQRAF
2025-ci ilin iyul ayında ev təsərrüfatlarına cəmi kredit qoyuluşu 17 milyard 144.3 milyon manat təşkil edib. May ayına nisbətən bu istiqamətdə 0.32% artım olub.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, ödəniş kartları vasitəsilə 1 milyon 389.9 min kredit xətti istifadə olunub. May ayı ilə müqayisədə ödəniş kartları vasitəsilə verilən kreditlərdə 2.07% azalma olub.
Manatla verilmiş kreditlərin ümumi məbləği 16 milyard 890 milyon, xarici valyutada verilmiş kreditlərin ümumi məbləği isə 254.3 milyon təşkil edib.