AZ

QHT Füzuli rayonunda "Erkən və qohum nigahların səbəbləri və fəsadları” mövzusunda dəyirmi masa keçirib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Füzuli rayonunda  “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrası davam edir.

QHT.az xəbər verir ki, 24.07.2025- ci il tarixində Füzuli rayon Peşə məktəbinin binasında “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində "Erkən və qohum nigahların səbəbləri və fəsadları” mövzusunda dəyirmi masa keçirildi. Peşə məktəbinin direktoru Səminə Nuriyeva qonaqları təqdim etdi və sözü Füzuli rayon İcra Hakimiyyətinin Baş eksperti Xalisə Məmmədovaya verdi. Xalisə xanım rayonda Erkən və qohum nigahlarla bağlı vəziyyətdən, layihənin vacibliyindən danışdı. Bildirdi ki,“Ölkəmizdə erkən nikah hallarının azaldılması ilə bağlı müsbət işlər aparılmasına baxmayaraq, erkən nikahlar hələ də bəzi  ərazilərdə qalmışdır,  bunun isə qızlara,  onların ailələrinə və cəmiyyətə  mənfi təsirləri vardır. Erkən nikah qanunla müəyyən edilən yaşdan aşağı nikaha daxil olmaqdır və  insan hüquqlarının pozulmasıdır. Problemin qarşısını almaq üçün belə layihələrin həyata keçirilməsi çox vacibdir”.

Layihə rəhbəri Ş.Dadaşova layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı. Bildirdi ki, “biz  Nümunəvi Valideynlik İnstitutlarını təşviq etməklə cəmiyyətdə sağlam ailələrin sayının artmasına  töhfə vermək istəyirik.Sizlərin də bu müzakirələrdə fəal iştirak etməyiniz çox vacibdir.Xahiş edirəm müzakirələrdə aktiv iştirak edin ”.

Ekspert S.Məmmədova erkən nigah və onun fəsadları barədə ətraflı məlumat verdi. Qızların erkən nikaha cəlb olunması, onların təhsildən yayınmasına səbəb olur. Araşdırmalar göstərib ki, məktəbdən yayınan  şagirdlərin əksər hissəsi erkən nikah qurmuş qızların payına düşür. Beləliklə də, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını artırır və qızların erkən yaşlarından təhsil hüququndan məhrum edilməsinə  gətirib çıxarır”.

Psixoloq N.Vəliməmmədova erkən nigahın psixoloji tərəflərindən və qanunvericilikdəki dəyişiklikdən danışdı.Qeyd etdi ki, erkən nikahlar bir sıra fəsadlara səbəb olur ki, bunlara uşaq hüquqlarının pozulması; ana və uşaq sağlamlığına təsiri; boşanma; təhsil imkanlarının azaldılması; qızların fiziki-psixoloji zorakılığa məruz qalmasını aid etmək olar. 2024-cü ildə erkən evlilik və qohum evliliklərinin qarşısının alınması istiqamətində Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib və iyunun 1 dən qüvvədədir.Hər birimiz bu dəyişikliklə bağlı valideynlər arasında maarifləndirmə işləri aparmalıyıq.”

Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.

Ş. Dadaşova Füzuli rayon İcra Hakimiyyəti başçısı cənab Alı Alıyevə, Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar xanım Eyvazovaya, Baş məsləhətçi Xalisə Məmmədovaya və Peşə məktəbinin direktoru Səminə Nuriyevaya  tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .

İştirakçılardan X.Məmmədova,S.Nuriyeva,N Tağıyeva və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.

Tədbirdə 20 nəfər  iştirak etdi. Sonda xatirə şəkili çəkildi

Seçilən
26
3
qht.az

4Mənbələr