Ajans.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio, Fransız Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanıma qərarını “düşüncəsiz qərar” adlandıraraq tənqid edib. Rubio X sosial şəbəkəsində yazıb ki, ABŞ Makronun BMT Baş Assambleyasında Fələstin dövlətini tanıma planını qətiyyətlə rədd edir. O, bu qərarın yalnız Həmasın təbliğatına xidmət etdiyini, sülh prosesini gerilətdiyini və 7 Oktyabr qurbanlarına hörmətsizlik olduğunu vurğulayıb. Makron isə Fransanın Fələstin dövlətini tanıyacağını, Qəzzadakı müharibənin dayandırılmasının və humanitar böhranının yüngülləşdirilməsinin vacibliyini əsas gətirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta