Mediada istinad məsələsi uzun illərdir peşəkarlığın və informasiya məsuliyyətinin başlıca göstəricilərindən biri hesab olunur. Lakin görünür, bu prinsipə hər zaman əməl edilmir. Belə bir hal Oxu.az saytının əməkdaşı Rövşən Əsədovun adı ilə bağlı yaşanıb.
XəzərNews.az Proses.az-a istinadla xəbər verir ki, jurnalist Rövşən Əsədov həmkarının sadəcə xəbər üçün istinad istəməsinə sərt və qeyri-etik reaksiya verib.
Məsələ ilə bağlı danışan zərərçəkən bildirib ki, istinad xahişindən sonra Oxu.az əməkdaşı onu “13 illik təcrübəsi” ilə əsaslandırmağa çalışıb, ardınca isə heç bir təhqir elementinin olmadığı cavabına görə həmkarını “tərbiyəsizlik etməkdə” ittiham edərək Az-Media adlı peşəkar jurnalist qrupundan uzaqlaşdırıb.
Bundan əlavə, Rövşən Əsədovun həmin şəxslə bağlı qapalı qrupların birində “Ona nə mediada, nə də qrupda yer var” deyərək sərt və aqressiv ifadələr işlətdiyi bildirilir. İddialara görə, jurnalist bununla kifayətlənməyərək həmkarına hədə-qorxu da gəlib: “O hələ nə qruplardan atılacaq, sürprizlərim qarşıdadır” deyə bildirib.
Ən qalmaqallı hissə isə Oxu.az əməkdaşının həmkarını “Akqabay kimi tula” ifadəsi ilə təhqir etməsi olub. Bu cür ifadələr təkcə şəxsi münasibətlər kontekstində deyil, həm də media cameəsində etik qaydaların pozulması kimi qiymətləndirilib.
Hadisə ilə bağlı ictimaiyyətə müraciət edən jurnalist bildirib ki, “Oxu.az əməkdaşının bu davranışı nə jurnalist adına, nə də təmsil etdiyi media qurumuna yaraşır. Bu cür etikadan kənar davranış ölkənin ən nüfuzlu media platformalarından biri hesab edilən Oxu.az üçün ciddi nüfuz itkisinə səbəb ola bilər”.
Oxu.az rəhbərliyindən və ya Rövşən Əsədovdan məsələ ilə bağlı hələlik hər hansı açıqlama verilməyib.
.jpg)

Xəbər 6 dəfə oxunub.