Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xaçmaz rayonu, Xudat şəhərində, Xudat-Yalama-Zuxuloba avtomobil yolunun ortasındakı ağac sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, sözügedən yolda hər hansı müvafiq xəbərdarlıq nişanının olmaması, xüsusilə gecə saatlarında, nəqliyyatın hərəkətinə ciddi təhlükə yaradır.
Məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirilib ki, yolun ortasındakı ağacın köçürülməsi üçün aidiyyəti üzrə müraciət edilib:
"Hazırda mövsümü olmadığı üçün ağacın köçürülməsi işləri saxlanılıb. Payız fəslində, köçürülməyə uyğun vaxtda ağac ərazidən kənarlaşdırılaraq daha münbit əraziyə köçürüləcək".
Aygün Mirakif
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.