Yeni mövsümə hazırlaşan “Sumqayıt” komandasınıın Qəbələ toplanışı zamanı keçirəcəyi yoxlama görüşlərindəki rəqibləri bəlli olub.
Arena.az xəbər verir ki, bu klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, “gənclik şəhəri” təmsilçisi iyulun 27-də və avqustun 7-də “Qəbələ”, iyulun 31-də “Kəpəz”, avqustun 3-də isə “Şamaxı” ilə qarşılaşacaq.
Oyunların başlama saatı hələ müəyyənləşməyib.