AZ

"Araz-Naxçıvan" Salonikidə bu hoteldə məskunlaşacaq

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində dünən "Dalğa Arena"da Yunanıstan təmsilçisi "Aris"i 2:1 hesabı ilə məğlub edən "Araz-Naxçıvan"ın cavab qarşılaşması üçün hotel seçimini edib.

Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, "qırmızı ağlar" Salonikidəki "September Hotel"də məskunlaşacaqlar.

Təmsilçimiz iyulun 29-da Bakı-Afina-Saloniki reysi və "AEGEAN AIRLINES"-ə məxsus təyyarə ilə yola düşəcək. Hava gəmisi 4:20-də Bakını tərk edəcək, 9:40-da isə Afinadan Salonikiyə istiqamət alacaq və təxminən 1 saat havada olacaq. 

Qeyd edək ki, komandaların cavab qarşılaşması iyulun 31-də reallaşacaq.

Nihat

Seçilən
97
1
fanat.az

2Mənbələr