Bildirilib ki, bu qərar iş modelinin optimallaşdırılması və mövcud resurslardan daha səmərəli istifadə məqsədilə qəbul olunub. "2025-ci il yanvarın 1-dən etibarən Dove və 'Korokunov' markalı şokolad plitkalarının istehsalı və satışdan çıxarılması qərara alınıb", - deyə şirkətin açıqlamasında vurğulanıb.
Bununla belə, "Mars" şirkəti fəaliyyətini tam dayandırmır - istehsal portfelində Dove Promises və "Korokunov" Pure Choco mini-plitkaları və şokolad konfetləri qalacaq.
Qeyd edək ki, bundan əvvəl "Komsomolskaya Pravda" yazmışdı: ölkənin ən iri pərakəndə satış şəbəkələrindən biri olan X5 (daxilində "Pятёрочка" və "Перекрёсток" mağazaları) Rusiyada "Mars"a məxsus müəssisələrdə istehsal olunan məhsulların alınmasını dayandırıb. Ritel şirkəti təchizatçı tərəfindən təklif olunan şərtlərin ədalətli qiymət formalaşdırması prinsiplərinə cavab vermədiyini əsas gətirərək belə qərar verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31