Pirşağıda bu gün səhər saatlarında kişi dənizdə batıb.
Referans xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, 50-55 yaşlı kişi üzmək üçün dənizə girib və geri qayıtmayıb:
“Az əvvəl gözümüzün önündə yaşlı bir kişi dənizə girdi və bir daha çıxmadı. Pirşağı çimərliyi hazırda mina sahəsinə çevrilib – sahilə girən hər kəs ölümlə üz-üzədir. Su birdən-birə dərinləşir, dibi sürüşkən və qeyri-bərabərdir. Amma heç bir yerdə xəbərdarlıq lövhəsi yoxdur, heç bir təhlükəsizlik tədbiri görülmür”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta