Olaylar.az xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda - Yekaterinburq" nəşri məlumat yayıb.
İttihama görə, 49 yaşlı sahibkar Andrey Şevnin və onun cinayətdə iştirak etmiş qohumu, eləcə də ehtimal edilən köməkçisi Vasili Kuznetsov hadisənin əsas fiqurantlarıdır. İstintaqın məlumatına əsasən, 17 oktyabr 1994-cü ildə Şevnin və əmisi birgə şəkildə 13 yaşlı iki məktəbli qızı zorlayaraq öldürüblər. Kuznetsov isə ikinci qızın qətlə yetirilməsində yardımçı kimi iştirak edib.
Sverdlovsk vilayət prokurorluğunun sözçüsü Marina Kanatovanın sözlərinə görə, qızlardan biri əvvəlcə boğularaq öldürülüb, daha sonra başına bıçaqla ölümcül zərbə endirilib. Cinayətin şahidi ola biləcək digər qız da daha sonra eyni aqibətlə üzləşib. Onun bədəninə 10-dan çox bıçaq xəsarəti yetirilib.
Cəsədlər avtomobillə göl kənarına aparılaraq yandırılıb. Qalıqlar yalnız bir müddət sonra yerli balıqçılar tərəfindən aşkar edilib.
Cinayətin üstünün açılmasına 2024-cü ilin oktyabrında aparılmış DNT təhlili sayəsində nail olunub. Ekspertiza Şevnin və Kuznetsovun hadisə zamanı ruhi sağlam olduqlarını təsdiqləyib. Şevnin özünü təqsirli bilmədiyini bildirir. Kuznetsova isə qətldə iştirakda ittiham irəli sürülüb.
Şevninin əmisi isə hadisədən sonra izsiz itib və hal-hazırda axtarışdadır.