AZ

İsrail və Azərbaycan bir ildə qeyri-enerji ticarət dövriyyəsini iki dəfə artırıb - Corc Dik

Bakı. Trend:

İsrail və Azərbaycan arasında qeyri-enerji sektorunda xariciticarətin həcmi iki dəfədən çox artıb - 2021-ci ildəki 121 milyondollardan 2024-cü ildə 243 milyon dollara çatıb.

Trend-inməlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dikdiplomatik fəaliyyətinin başa çatması münasibətilə keçirilənbrifinqdə deyib.

"İsraildən Azərbaycana turizm səfərləri 2025-ci ildə sürətləartır. Biz 50 min israilli turist rekordunu qırmağı gözləyirik -bəlkə də, bu rəqəmi iki dəfə də artır. Bu gün AZAL gündə ikibirbaşa, yəni həftədə 14 reys həyata keçirir. Bu, görünməmişrəqəmdir", - diplomat qeyd edib.

Onun sözlərinə görə, iki ölkə arasında enerji əməkdaşlığı dafəal inkişaf edir.

"Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR ölkənin ən böyük qazyataqlarından biri olan Tamarda 10 faiz almaqla, İsrailə stratejiinvestisiyalar yatırıb. Bundan başqa, SOCAR İsrail sahillərində qazkəşfiyyatı üzrə tenderin qalibi olub", - Corc Dik deyib.

O, həmçinin, su ehtiyatları sahəsində əməkdaşlıqda uğurlarıxüsusi vurğulayıb: İsrailin Milli Su Şirkəti Azərbaycanın SuXidməti ilə fəal əməkdaşlıq edir, İsrail şirkətləri isə ölkəninehtiyacları üçün peyk sistemlərinin hazırlanmasında iştirakedirlər.

Səfirin sözlərinə görə, İsrail investisiyaları vətexnologiyaları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinininkişafına töhfə verir. O cümlədən, İsrail şirkətlərindən biriYevlaxda regionun ən böyük quşçuluq fabrikini tikib. Şamaxıyaxınlığında israilli mütəxəssislərin iştirakı ilə südçülükmüəssisəsi tikilir ki, bu da tezliklə Cənubi Qafqazda ən böyükmüəssisəyə çevriləcək.

Bundan əlavə, İsrailin əczaçılıq şirkəti Ələt Azad İqtisadiZonasında ultra müasir zavod açıb ki, bu da Azərbaycanın iqtisadiinkişafına növbəti mühüm töhfə olub.

Seçilən
121
az.trend.az

1Mənbələr