AZ

Dövlət Xidmətində iyul çağırışının gedişatı müzakirə olundu (FOTO)

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininaparatında müddətli həqiqi hərbi xidmətə iyul çağırışının gedişatıilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Dövlət Xidmətindən Trend-ə bildirilib ki, Səfərbərlik və Hərbi XidmətəÇağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəlİbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan RespublikasıPrezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci iliyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması vəmüddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyataburaxılması haqqında” sərəncamının icra vəziyyəti müzakirəolunub.

Dövlət Xidməti tərəfindən 2025-ci ilin iyul çağırışının uğurlaicra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidməthərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədiləzəruri işlərin görüldüyü diqqətə çatdırılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmışMərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbixidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarınarəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. MərkəziÇağırış Komissiyasında 16 dövlət qurumu təmsil olunur.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiqqərarlar qəbul edilib.

Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Seçilən
18
34
az.trend.az

10Mənbələr