AZ

Futbol tarixində belə şey olmamışdı: Sadəcə ağlasığmazdır

Cənubi Afrikada “Kasi Flava” futbol turniri zamanı inanılmaz olay yaşanıb.

Publika.az xəbər verir ki, oyun zamanı komandalardan biri qələbə qolunu vurmazdan əvvəl inanılmaz şou göstərərək rəqibi mənəvi cəhətdən məhv edib.

89-cu dəqiqədə futbolçular iki dəqiqədən çox vaxt sərf edərək gülməli, lakin möhtəşəm fintlər nümayiş etdirdilər. Dabanları ilə topu bir-birinə ötürüblər, topun ətrafında fırlanıblar, hətta başlarını da topun üzərinə qoyublar.

Rəqib heç nə edə bilməyib - bütün bunlar əsl istehzaya bənzəyirdi. Sonda bu təsirli şou dəqiq zərbə və komandaya qələbə gətirən qolla başa çatıb.

Seçilən
38
publika.az

1Mənbələr