Bakı. Trend:
Hesab edirəm ki, Azərbaycan İsrail və Türkiyənin yaxınlaşmasındaəsas rol oynayıb.
Trend-inməlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dikdiplomatik fəaliyyətinin başa çatması münasibətilə keçirilənbrifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanda İsrail və Türkiyə rəsmiləriarasında mühüm görüşlər keçirilib ki, bu da qarşılıqlı anlaşmayatöhfə verib və tərəflər arasında anlaşılmazlıq riskini azaldıb.
"Əminəm ki, Azərbaycan bir sıra regional problemlərin, ocümlədən, Yaxın Şərqdəki problemlərin həllində nəinki mühüm roloynaya bilər, həm də artıq mühüm rol oynayır", - səfir qeydedib.
O, belə görüşlərin təşkilində göstərdiyi səylərə görə Azərbaycanhökumətinə minnətdarlığını bildirib.
"Fürsətdən istifadə edərək, belə danışıqlar üçün şəraityaratdığına görə Azərbaycan hakimiyyətinə təşəkkür etmək istərdim.Bu, bizə region ölkələri arasında dialoqu gücləndirməyə vəqarşılıqlı anlaşmanı yaxşılaşdırmağa imkan verir", - Corc Dikvurğulayıb.
Sonda o, Azərbaycanın artan beynəlxalq rolunu qeyd edib:
"Bu, Azərbaycanın sadəcə Cənubi Qafqaz ölkəsi olmadığınısimvolizə edir. O, getdikcə Yaxın Şərqdəki proseslərdə iştirakedir. Hesab edirəm ki, Azərbaycan Cənubi Qafqazı və Böyük YaxınŞərqi bir-biri ilə əlaqəli regionlar kimi nəzərə alaraq, müsbəttöhfə verməyə qadirdir", - diplomat əlavə edib.