Rusiya Silahlı Qüvvələri Ukraynada aparılan xüsusi hərbi əməliyyat (SVO) çərçivəsində daha 5 yaşayış məntəqəsini nəzarətə götürüb.
News24.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Nazirliyin yaydığı rəsmi açıqlamada bildirilir ki, son əməliyyatlar nəticəsində Rusiya ordusu cəbhənin bir neçə istiqamətində irəliləyərək yeni əraziləri ələ keçirib. Azad edilən yaşayış məntəqələrinin adları açıqlanmasa da, döyüşlərin əsasən Donetsk və Xarkov vilayətləri istiqamətində cəmləşdiyi bildirilir.
Açıqlamada əlavə olunub ki, əməliyyatlar zamanı Ukrayna ordusuna məxsus bir neçə mövqe dağıdılıb, texnika və silah anbarları sıradan çıxarılıb, həmçinin canlı qüvvə baxımından itkilər verilib.
Hazırda bölgədə döyüş əməliyyatları davam edir. Rusiya tərəfi əməliyyatların planlaşdırılmış qaydada irəlilədiyini, qarşıya qoyulan taktiki və strateji məqsədlərə mərhələli şəkildə nail olunduğunu qeyd edir.
Aqil