Moskvanın Meşçanski Rayon Məhkəməsi politoloq Yekaterina Şulmanın Rusiya Federasiyasının xarici agentlər haqqında qanununda nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməkdən yayınması ilə bağlı həbs qətimkan tədbiri seçib.
News24.az xəbər verir ki, bu barədə Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin teleqram kanalında məlumat verilib .
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Yekaterina Mixaylovna Şulman barəsində Rusiya Federasiyasının ərazisində saxlandığı andan 02 ay 00 gün müddətinə həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda bildirilir.
Aqil