AZ

Tailand Kamboca ilə münaqişənin həllində Malayziyanın vasitəçiliyinə razıdır

Tailand Kamboca ilə münaqişənin həllində Malayziyanın vasitəçiliyinə razıdır.

“Report”un məlumatına görə, bu barədə Tailand Xarici İşlər Nazirliyi (XİN) rəsmi nümayəndəsi Nikondet Phalangkun bildirib.

"Əgər Kamboca problemi ikitərəfli danışıqlar çərçivəsində və ya Malayziyanın vasitəçiliyi ilə diplomatik yolla həll etmək istəsə, biz buna hazırıq. Lakin hələ belə bir sorğu almamışıq", - o qeyd edib.

Bundan əlavə, Tailand XİN-in rəsmi nümayəndəsinin müavini Marati Nalita Andamo Tailand və Kamboca sərhədində təhlükəsizliyin təmin edilməsinə həsr olunmuş brifinqdə çıxış edib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının (TŞ) iyulun 25-də keçirilməsi planlaşdırılan qapalı fövqəladə iclasında hər hansı qətnamə qəbul edilməyəcək.

M.Andamo, həmçinin qeyd edib ki, Tailand BMT TŞ-yə Kambocanın daha əvvəl göndərdiyi bəyanata cavab olaraq sərhəd münaqişəsi ilə bağlı Tailand tərəfinin mövqeyini izah edən məktub göndərib.

Seçilən
102
50
report.az

10Mənbələr