30 İyun 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 496, şöbələrinin sayı 86, ATM-lərin sayı 3 min 355 olmuşdur.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Statistik bülleten İyun 2025" sayında bildirilir.
Qeyd edilib ki, hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 106 nəfər artaraq 26 min 71 nəfər təşkil etmişdir.
2025-ci ilin ilk 6 ayında bank sektorunda çalışanların sayı 708 nəfər artıb
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 min 230 olmuş, bank sektorunda çalışanların sayı 25 min 363 nəfər təşkil etmişdi.