Türkiyəli aktrisa Serenay Sarıkayanın sərvəti məlum olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktrisanın ümumi sərvətinin 186 milyon lirə (təxminən 20 milyon manat) olduğu bildirilir.
Sarıkayanın serial və reklam layihələrindən əldə etdiyi gəliri daşınmaz əmlak və torpaq investisiyalarına yönəltdiyi qeyd olunur.