Ölkənin rəqəmsal həllər təqdim
edən lider mobil operatoru Azercell Telekom regionun aparıcı bankı Azərbaycan
Beynəlxalq Bankı ilə birgə abunəçiləri üçün xüsusi kobrend kart təqdim edib. Bu
kart öz sahibinə gündəlik xərclərindən əlavə qazanc əldə etmək fürsəti yaradır.
Belə ki, kart sahibi nağdsiz ödənişlər zamanı hər 1 manat üçün 1 bal əldə edərək,
toplanmış balları şəbəkədaxili danışıq dəqiqələrinə və ya meqabaytlara dəyişə
bilər. Bu imkandan yararlanmaq üçün müvafiq açar sözünü 2937 qısa nömrəsinə SMS
vasitəsilə göndərmək kifayətdir.
Kart üzrə SMS xəbərdarlıq və
nağdlaşdırma xidməti üçün heç bir komissiya tutulmur. Müddəti 4 il olan kartı
istənilən Azercell abunəçisi 24 dekabrdan etibarən cəmi 20 manat ödəməklə Azərbaycan
Beynəlxalq Bankının bütün filial və şöbələrindən əldə edə, eləcə də Bankın rəsmi
internet səhifəsindən sifariş verə bilər: https://ibar.az/az/azercell-co-brand/
Azercell şirkətinin prezidenti
Vahid Mürsəliyev: "Texnologiyaların sürətlə inkişaf etdiyi bir zamanda bizim
ölkənin aparıcı mobil operatoru kimi ən böyük vəzifəmiz istifadəçilərimizin
gündəlik həyat prosesləri və işgüzar əməliyyatlarının daha da rahat şəkildə
yerinə yetirilməsi üçün yeni məhsul və həllərin işlənib hazırlanmasıdır. Bu
baxımdan, strateji tərəfdaşımız olan Azərbaycan Beynəlxalq Bankı ilə müştərək şəkildə
istifadəyə buraxılan kart bir əməliyyat zamanı Azercell abunəçilərinə ikiqat
fayda qazandıraraq onların həyatını daha mobil etməyə imkan yaradacaq”.
Azərbaycan Beynəlxalq Bankının
İdarə Heyətinin sədri Abbas İbrahimov: "Bu kartın ən mühüm özəlliyi Azərbaycan
bazarında hər biri öz sahəsinin lideri olan iki böyük şirkətin tərəfdaşlığının
nəticəsi kimi ortaya çıxmasıdır. Ümid edirik ki, tərəfdaşlıq layihələrimiz
bundan sonra da davamlı olacaq. Azərbaycan Beynəlxalq Bankı və Azercell-in birləşən
imkanları insanlarımızın həyatına yeni faydalar gətirəcək”.
www.anews.az