AZ

Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb

Ermənistanın Gümrü şəhərində yarımçıq tikilinin yaxınlığında qollarında bıçaq xəsarətləri olan gəncin meyiti tapılıb. Bu barədə iyulun 24-də Ermənistan KİV-i məlumat yayıb.

Ölən 24 yaşlı rusiyalı hərbçi olub. O, 102-ci Rusiya hərbi bazasında xidmət edib. Onun şəxsiyyəti müəyyən edilib: o, 24 yaşlı Rusiya vətəndaşı K.Antonenkodur.

Gəncin meyiti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bulvarin döngəsi 1-də aşkar edilib.

Hazırda ölüm səbəbi məlum deyil. Bu hadisə ilə bağlı araşdırma aparılır.

Almaz Həsənli

Seçilən
57
1
oxumeni.az

2Mənbələr