"Araz-Naxçıvan" sıralarına daha bir yeni futbolçu qatıb.
Operativ Media xəbər verir ki, Naxçıvan təmsilçisi Rahil Məmmədovla anlaşıb.
O, bu gün komandaya qoşulacaq. Məmmədovla 1 illik müqavilə imzalanacaq.
Azərbaycan millisinin üzvü son olaraq Polşanın "Radomyak" klubunda oynayıb.