AZ

“Kəpəz” Qəbələdə “Şamaxı” ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Kəpəz” və “Şamaxı” komandaları yoxlama oyununda üz-üzə gələcəklər.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, matç iyulun 26-da Qəbələdə keçiriləcək. Qarşılaşmaya saat 18:30-da start veriləcək.

Xatırladaq ki, “Kəpəz” bundan əvvəl keçirdiyi sınaq matçında “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olmuşdu. Gəncə klubu toplanış çərçivəsində daha 3 görüş keçirməyi planlaşdırır.

“Şamaxı”nın yay toplanışı isə avqustun 9-na kimi davam edəcək. Bölgə təmsilçisi son olaraq “İmişli” ilə qarşılaşacaq. Ayxan Abbasovun komandası daha öncə “Qəbələ”yə 1:2 hesabıyla uduzub, “Karvan”a 2:0 hesabıyla qalib gəlib.

Seçilən
65
arena.az

1Mənbələr